Menyu

İsrail və Livan arasında yeni danışıqların tarixi açıqlanıb

Operativ Media
İsrail və Livan arasında yeni danışıqların tarixi açıqlanıb

İsrail və Livan arasında danışıqların növbəti mərhələsi avqustun 4–6-da Romada baş tutacaq.

Operativ Media xəbər verirki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat verib.

Onun sözlərinə görə, tərəflər ABŞ-nin iştirakı ilə Livanın cənubunda İsrail qoşunlarının yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini, eləcə də quru sərhədi ilə bağlı mübahisələrin həllini müzakirə edəcəklər.

ABŞ Dövlət Departamentində bildirilib ki, məsləhətləşmələr əvvəllər imzalanmış çərçivə sazişinin icrasına yönəldiləcək. Saziş yeni "pilot zonaların" yaradılmasını, İsrail qoşunlarının çıxarılmasını, sərhəd məsələləri üzrə fikir ayrılıqlarının həllini, hərtərəfli sülh və təhlükəsizlik sazişinin hazırlanmasını nəzərdə tutur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər