Abşeron rayonunun Saray və Masazır qəsəbələri ərazisində xeyli silah-sursat tapılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 32 ədəd 7x62 mm-lik mərmi, 180 ədəd 5x45 mm-lik mərmi, 8 ədəd 9 mm-lik mərmi, 1 ədəd 9 mm-lik tapança, 25 ədəd F-1 əl qumbarası, 3 ədəd RQD-5 əl qumbarası və 33 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, 1 ədəd 9 mm-lik tapança aidiyyəti üzrə təhvil verilib