Menyu

"Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib

Nərmin Qocamanlı
"Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib

2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda keçirilən yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb.

Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib.

Yarışın ümumi nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Teqlər:

"\"\u018fn yax\u015f\u0131 zenit-raket artilleriya batareyas\u0131\" ad\u0131 u\u011frunda yar\u0131\u015f ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər