Cəlilabadda suda boğulan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15:06
Cəlilabadda su bəndində iki uşaq boğulub.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki uşağın çimərkən boğulduğu bildirilir.
Hazırda onların axtarışları aparılır.
Teqlər:
"C\u0259lilabadda suda bo\u011fulan iki n\u0259f\u0259rin meyiti tap\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"