Menyu

"Bakmil" stansiyasına hərəkət cədvəli yeniləndi

"Bakmil" stansiyasına hərəkət cədvəli yeniləndi

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

"Operativ Media"nın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.

Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Teqlər:

"\"Bakmil\" stansiyas\u0131na h\u0259r\u0259k\u0259t c\u0259dv\u0259li yenil\u0259ndi"

Əlaqəli Xəbərlər