Menyu

Hacıqabulda altı fermadan oğurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Hacıqabulda altı fermadan oğurluq edən şəxslər saxlanılıb

Hacıqabulda fermalardan oğurluq edən şəxslər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəkənlərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Teqlər:

"Hac\u0131qabulda alt\u0131 fermadan o\u011furluq ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər