Menyu

Nərimanov və Nəsimi rayonlarında su kəsiləcək

Nərmin Qocamanlı
Nərimanov və Nəsimi rayonlarında su kəsiləcək

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

"Azərsu" ASC-dən "Operativ Media"ya verilən məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Teqlər:

"N\u0259rimanov v\u0259 N\u0259simi rayonlar\u0131nda su k\u0259sil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər