Menyu

Fernandu Santuş Bakıda staionları gəzdi

Əziz Əzizli
Fernandu Santuş Bakıda staionları gəzdi

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş Bakıda müxtəlif idman obyektləri ilə tanış olub.

"Operativ " xəbər verir ki, portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunda olub.

Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.

AFFA Santuşla 3+1 illik müqavilə imzalayıb.

Teqlər:

"Fernandu Santu\u015f Bak\u0131da staionlar\u0131 g\u0259zdi"

Əlaqəli Xəbərlər