Növbəti köç karvanı Şuşaya çatıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Bu gün yola salınan növbəti köç karvanı Şuşaya çatıb.
"Operativ Media" xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 85 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim ediləcək.
***
08:00
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
"Operativ Media" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net