Menyu

Fransada bir ay ərzində üç muzeydən qiymətli eksponatlar oğurlanıb

Operativ Media
Fransada bir ay ərzində üç muzeydən qiymətli eksponatlar oğurlanıb

Fransada iyul ayında Tarn, Kot-d'Or və Aşağı Reyn departamentlərində yerləşən muzeylərdə üç iri oğurluq hadisəsi baş verib.

Operativ Media-nın Le Parisien qəzetinə istinadən verdiyi məlumata görə, oğurlanan eksponatların ümumi dəyəri milyonlarla avro təşkil edir.

Nəşrin məlumatına əsasən, iyulun 1-də Tarn departamentində yerləşən Montan Arxeologiya Mərkəzindən 15 dəqiqədən az müddətdə eramızdan əvvəl 50-ci ilə aid təxminən 40 sikkə oğurlanıb. Dəymiş zərər 120 min avronu ötüb.

Dörd gün sonra isə cinayətkarlar Vingen-sür-Moder kommunasında yerləşən Lalique Muzeyindən 27 ədəd zinət əşyası oğurlayıblar. Bunun üçün onlar altı vitrini sındırıblar. Dəymiş zərər 4,5 milyon avronu keçib.

İyulun 24-də daha bir oğurluq hadisəsi baş verib. Şatiyon-sür-Sen kommunasındakı muzeydən eramızdan əvvəl V əsrə aid, əvəzsiz hesab edilən "Viks xanımı" qızıl boyun bəzəyi oğurlanıb. Qəzetin məlumatına görə, şübhəlilərdən biri artıq saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər