Ana səhifə / İdman / Azərbaycan millisi çövkən üzrə dünya çempionatına qələbə ilə başlayıb Azərbaycan millisi çövkən üzrə dünya çempionatına qələbə ilə başlayıb 10.06.2024, 17:06 Nərmin Qocamanlı Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib. "Operativ Media" xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları üz-üzə gəliblər. Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər qarşılaşması isə Mərakeş və Küveyt kollektivləri arasında olacaq. Qeyd edək ki, 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor Fotogalereya