Menyu

Güləşçimiz reytinq turnirində çempion olub

Güləşçimiz reytinq turnirində çempion olub

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə davam edir.

"Operativ Media" xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Azərbaycan millisinin 2 idmançısı xalçaya çıxıb. Onlardan Paris-2023 Yay Olimpiya Oyunlarının lisenziyaçısı Murad Məmmədov (63 kq) 1/4 finalda yerli Levente Tothu 11:0 hesabı ilə məğlub edib. O, daha sonra iranlı Meysam Dalkhaniyə (10:1) qalib gələrək finala yüksəlib. Güləşçimizin həlledici görüşdə rəqibi moldovali Viktor Çobanu olub. Murad 10:0 hesabı ilə təmiz qələbə qazanıb.

130 kq-da güləşən Beka Kandelaki isə mübarizəni erkən yekunlaşdırıb. O, startda türkiyəli Rza Kayaalpa 0:3 hesabı ilə uduzub.

Yarışda ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edir. Sabah Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, millimizin aktivində 2 gündən sonra 2 medal var. Sərbəst növdə Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər