Menyu

Elan saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Elan saytında vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib. 

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60000 manata yaxın pulunu ələ keçirib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"Elan sayt\u0131nda v\u0259t\u0259nda\u015flara qar\u015f\u0131 d\u0259l\u0259duzluq ed\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər