"Fənərbağça"nın transfer etmək istədiyi ilk futbolçu bəlli oldu
Əziz Əzizli
İsmail Kartaldan sonra Joze Mourinyonu baş məşqçi postuna gətirən "Fənərbağça"nın edəcəyi transferlər artıq maraq doğurur.
"Operativ Media" "Milliyet"ə istinadən xəbər verir ki, heyətinə bəzi ulduz futbolçuları qatacağı gözlənilən "Fənərbağça" üçün Rahim Sterlinq iddiası ortaya atılıb.
"Fənərbağça" Rahim Sterlinqlə prinsipial razılığa gəlib.
Ötən mövsüm 43 matçda meydana çıxan Sterlinq 10 qol vurub, 8 məhsuldar ötürmə edib.
"Çelsi" 2022-23 mövsümünün əvvəlində "Mançester Siti"dən Rahim Sterlinqi 56,2 milyon avroya transfer edib.
29 yaşlı vingerin "Çelsi" ilə daha 3 illik müqaviləsi var.
Teqlər:
"\"F\u0259n\u0259rba\u011f\u00e7a\"n\u0131n transfer etm\u0259k ist\u0259diyi ilk futbol\u00e7u b\u0259lli oldu"