Menyu

Turan Manafov gələn mövsümə hansı klubda başlayacaq? - AÇIQLAMA

Nərmin Qocamanlı
Turan Manafov gələn mövsümə hansı klubda başlayacaq? - AÇIQLAMA

"Araz-Naxçıvan" klubunun futbolçusu Turan Manafov gələn mövsümü Naxçıvan təmsilçisində olmayacaq.

Bunu "Operativ Media"ya açıqlamasında futbolçu bildirib.

O, "Araz-Naxçıvan"la yollarının ayrıldığını təsdiqləyib:

"Araz-Naxçıvan" klubu ilə yollarımız ayrılıb. Gələn mövsüm üçün gələn təklifləri dəyərləndirəcəm".

Turan ölkə xaricindən də təklifləri olduğunu söyləyib:

"Premyer Liqa klubları ilə yanaşı ölkə xaricindən də təkliflər var. Özüm də, legioner həyatı yaşamaq istəyirəm. Türkiyə, Slovakiya və Polşa variantları var. Gələn təklifləri dəyərləndirib sonda qərarımı verəcəm".

Qeyd edək ki,  "Araz-Naxçıvan" klubundan Azər Bağırovun göndərilməsindən sonra Turan Manafov meydandakı yerini itirmişdi.

Teqlər:

"Turan Manafov g\u0259l\u0259n m\u00f6vs\u00fcm\u0259 hans\u0131 klubda ba\u015flayacaq? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər