Menyu

Mbappe: "Ailəm "Milan" azarkeşidir"

Əziz Əzizli
Mbappe: "Ailəm "Milan" azarkeşidir"

Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe karyerasını İtaliyada davam etdirəcəyi təqdirdə yalnız "Milan"ı seçəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

"Mən həmişə demişəm ki, bir gün İtaliyaya keçsəm, ancaq Milanda oynayacağam. Uşaqlıqda “Milan”ın böyük azarkeşi olmuşam. İndi də onların bütün oyunlarına baxıram. Mənim ailəm “Milan”ın azarkeşidir".

Mbappe iyunun 30-da azad agent kimi PSJ-dən ayrılacaq. Onun "Real Madrid"lə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Teqlər:

"Mbappe: \"Ail\u0259m \"Milan\" azarke\u015fidir\""

Əlaqəli Xəbərlər