"Qalatasaray"ın futbolçusu La Liqaya gedir
Əziz Əzizli
Türkiyə Super Liqası komandası "Qalatasaray"ın yerli futbolçusu Kerem Aktürkoğlu İspaniya La Liqasında çıxış edə bilər.
"Operativ Media" "Milliyet"ə istinadən xəbər verir ki, İspaniyanın "Real Soseydad" klubu Türkiyə millisinin üzvü ilə ilkin razılıq əldə edib.
"Real Soseydad" 25 yaşlı futbolçu üçün "sarı-qırmızılı" kluba "12+3" milyon avro təklif göndərib.
Lakin "Qalatasaray" bonuslarla birlikdə 20 milyon avro tələb edir.
Bu arada Kerem Aktürkoğlu "Qalatasaray"la müqavilə imzaladığı tarixdən etibarən bazar dəyərinin artması ilə diqqət çəkir.
"Sarı-qırmızılar"a transfer olunduğu zaman bazar dəyəri 200 min avro olan Kerem Aktürkoğlu bu rəqəmi 17 milyon avroya yüksəldib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net