Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri açıqlanıb.
"Operativ Media" xəbər verir ki, siyahıda ən yüksək göstəriciyə malik təmsilçimiz “Qarabağ”dır.
Ağdam klubu 57-ci yerə yüksəlib. “Köhlən atlar” reytinqdə İspaniyanın “Betis” klubu ilə birlikdə bu pilləni bölüşdürür. Qurban Qurbanovun komandası bu göstərici ilə “Qalatasaray”ı (60-cı yer) geridə qoyub.
“Neftçi” 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür.
“Qəbələ” 275-ci, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 306-310-cu pillələri bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və “Araz-Naxçıvan” isə reytinq cədvəlində yer almayıb.
Teqlər:
"UEFA klublar\u0131n yeni reytinq c\u0259dv\u0259lini a\u00e7\u0131qlad\u0131"