Kurtuanın Belçika millisinə çağırılmama səbəbi açıqlandı
Belçika futbol komandasının baş məşqçisi Domeniko Tedesko "Real Madrid"in qapıçısı Tibo Kurtuanın Avro-2024-ün siyahısına salınmamasının səbəbini açıqlayıb.
Bu haqda "Operativ Media" RTBF-ə istinadən xəbər verir.
“Tibo əvvəldən dürüst idi. O, öz bədənini hamıdan yaxşı tanıyır. O, zədədən təzə qayıdıb, böyük turnirdə üç-dörd gündən bir keçirilən matçlar fərqli vəziyyətdir.Bütün bunları nəzərə alaraq, biz qərara gəldik ki, Kurtua Avropa çempionatına hazır deyil”.
Qrup mərhələsində Belçikanın rəqibləri Rumıniya, Slovakiya və Ukrayna olacaq.
Qapıçılar : Kun Kastels (Volfsburq), Matz Zells (Nottingem Forest), Tomas Kaminski (Luton Taun).
Müdafiəçilər : Timoti Kasta (Fulhem), Vaute Fass (Lester Siti), Aksel Vitsel (Atletiko Madrid), Maksim de Keyper (Brügge), Toma Menye (Trabzonspor), Zeno Debast, Yan Vertongen (ikisi də "Anderlext"), Artur Teat (" Ren").
Yarımmüdafiəçilər : Amadu Onana (Everton), Yannik Ferreyra Karrasko (Əl Şabab), Aster Vranks (Volfsburq), Youri Tielemans (Aston Villa), Orel Manqalya (Nottingem Forest), Kevin de Bruyne (Mançester Siti), Artur Vermeeren ("Atletiko Madrid") ).
Hücumçular : Dodi Lusebakio (Sevilya), Ceremi Doku (Mançester Siti), Loi Openda (RB Leypsiq), Leandro Trossard (Arsenal), Şarl de Kuetelare (Atalanta), Yohan Bakayoko (PSV Eyndhoven), Romelu Lukaku ("Roma").
Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.