Tevez Argentina klubunun baş məşqçi postundan ayrılıb
Əziz Əzizli
Argentina millisinin, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti" və Turinin "Yuventus"unun sabiq hücumçusu Karlos Teves mövsüm başlamazdan əvvəl "İndependyente"nin baş məşqçisi vəzifəsini tərk edib
"Operativ Media" xəbər verir ki, bu haqda Argentina mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, 40 yaşlı mütəxəssisin özü bu barədə klub prezidentinə məlumat verərək, vəzifəsini tərk etmək qərarına gəlib.
Tevez ötən yay "İndependiente"yə rəhbərlik edib. 2023 Argentina çempionatında komanda 28 klub arasında 24-cü yeri tutub.
Teqlər:
"Tevez Argentina klubunun ba\u015f m\u0259\u015fq\u00e7i postundan ayr\u0131l\u0131b"