Menyu

Tiaqo Alkantara "Liverpul"dan ayrılır

Əziz Əzizli
Tiaqo Alkantara "Liverpul"dan ayrılır

33 yaşlı ispan yarımmüdafiəçi Tiaqo Alkantara mövsüm başa çatdıqdan sonra "Liverpul"u tərk edəcək. O, azad agent statusu alacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 

Tiaqo Alkantara 2020-ci ildə "Bavariya"dan "Liverpul"a keçərək 98 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib, İngiltərə Kubokunun qalibi, Super Kubokun qalibi və İngiltərə Liqa Kubokunun qalibi olub.

Alkantara zədə səbəbindən bu mövsüm bir matçda iştirak edib. O, “Arsenal”la matçda 5 dəqiqə oynadıqdan sonra yenidən zədələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər