Menyu

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

Əziz Əzizli
AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

"Operativ Media" xəbər verir ki, fərdi mübarizədə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.

Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası da turnirdə mübarizə aparacaq.

Yeniyetmələrin yarışında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı bacarığını göstərməyə çalışacaq.

Avropa çempionatı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Mayın 22-dən 26-dək davam edəcək turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər