Ana səhifə / İdman / I Liqa: "Karvan" qələbə qazandı, MOİK heç-heçə etdi I Liqa: "Karvan" qələbə qazandı, MOİK heç-heçə etdi 15.05.2024, 21:19 Əziz Əzizli Azərbaycan 1-ci Liqasında 26-cı tura start verilib. "Operativ Media" xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. "Difai Ağsu" MOİK ilə heç-heçə edib - 1:1. "Zaqatala" "İrəvan"ə (2:1), "Karvan" isə "Mingəçevir"ə (1:0) qalib gəlib. Qeyd edək ki, turun digər iki görüşü sabah keçiriləcək. 15 may "Difai Ağsu" - MOİK - 1:1 Qollar: Tahir Zeynalov, 35 - Nihad Qurbanlı, 85. Hakim: Vüqar Həsənli Şamaxı şəhər stadionu "Zaqatala" - "İrəvan" - 2:1 Qollar: Kevin Ozimo, 63. Roini İsmayılov, 85 (pen) - İmran Azaxov, 44. Hakim: Rövşən Rəcəbov Zaqatala OİK stadionu "Karvan" - "Mingəçevir" - 1:0 Qol: Uensley Ondo, 74. Hakim: Elvin Bayramov Yevlax şəhər stadionu Teqlər: "I Liqa: \"Karvan\" q\u0259l\u0259b\u0259 qazand\u0131 MO\u0130K he\u00e7-he\u00e7\u0259 etdi"
02.03.2026, 10:35 Kir Starmer: "İran PUA-larına qarşı körfəz ölkələrinə ukraynalı ekspertlər kömək edəcək"