Premyer Liqa klubu gürcüstanlı qapıçını transfer etmək istəyir
Əziz Əzizli
İspaniya klubu "Valensiya"nın gürcüstanlı qapıçısı Giorgi Mamardaşvilini Avropanın bir neçə klubu heyətinə qatmaq istəyir.
"Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, La Liqada ən yaxşı mövsümlərindən birini keçirən Mamardaşvili Premyer Liqa klubu "Nyukasl Yunayted"in transfer siyahısına düşüb.
"Nyukasl Yunayted" gürcüstanlı qapıçını yay transfer pəncərəsində heyətinə qatmağa çalışacaq.
"Valensiya" klubu karlı çıxacağını düşünərək bu transferə müsbət yanaşır.
Qeyd edək ki, Giorgi Mamardaşvili Gürcüstan millisi ilə AVRO-2024-də iştirak edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net