Bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 6 faiz azalıb
Nərmin Qocamanlı
Cari ilin yanvar-aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz azdır.
Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.
Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il mayın 1-dək 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bunun təqribən 634,2 milyon tonu ixraca nəql edilib.
Bu ilin yanvar-aprel aylarında ölkədə neftin emalı ötən illə eyni səviyyədə, yəni 2,2 milyon tona yaxın təşkil edib.
Teqlər:
"Bu ilin d\u00f6rd ay\u0131nda Az\u0259rbaycanda neft hasilat\u0131 6 faiz azal\u0131b"