Filippində güclü zəlzələ baş verib
Operativ Media
Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib.
Qeyd olunub ki, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Episentri təxminən 679 min nəfər əhalisi olan General-Santos şəhərindən 87 km cənubda və Saranqani bələdiyyəsindən 34 km qərb-cənub-qərbdə olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net