Menyu

İkitərəfli əlaqələrin yeni mərhələsi: Azərbaycan və Slovakiya tərəfdaşlığı - TƏHLİL

Operativ Media
İkitərəfli əlaqələrin yeni mərhələsi: Azərbaycan və Slovakiya tərəfdaşlığı - TƏHLİL

Azərbaycan və Slovakiya Respublikaları arasındakı ikitərəfli münasibətlərin hüquqi-siyasi mahiyyəti ilk növbədə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn imperativ normaları kontekstində şərh olunmalıdır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proaktiv xarici siyasət strategiyası, dövlətlərin suveren bərabərliyi və daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqlik nümayiş etdirməklə, Slovakiya Respublikası ilə münasibətləri bəyanat xarakterli diplomatik çərçivədən çıxarıb, regional təhlükəsizlik və iqtisadi inteqrasiya maraqlarına xidmət edən dinamik hüquqi-siyasi tərəfdaşlıq müstəvisinə qaldırmışdır. 

Bu sözləri Operativ Media-ya deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, iki ölkə arasında 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamə, tərəflərin milli hüquq sistemlərinin və beynəlxalq öhdəliklərinin harmonizasiyasına xidmət edən fundamental pakt rolunu oynayır, bu sənədin icrası sadəcə ikitərəfli ticarət balansı ilə məhdudlaşmır, həm də işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunda, xüsusilə Ağdamın Baş Qərvənd kəndində tətbiq olunan "Ağıllı kənd" layihəsi timsalında beynəlxalq urbanistika və post-münaqişə dövrünün bərpa hüququ normalarına uyğun olaraq praktiki hərbi-texniki və iqtisadi əməkdaşlıq mexanizmlərini ehtiva edir:

“Cənab İlham Əliyevin beynəlxalq hüququn aliliyinə əsaslanan qətiyyətli mövqeyi, suverenliyin və sərhədlərin toxunulmazlığının qorunması fonunda regional sabitliyin təminatçısı kimi çıxış edərək, Slovakiyanın NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi statusunda fəaliyyətini stimullaşdırır və transmilli energetika hüququ kontekstində Avropanın enerji təhlükəsizliyi arxitekturasının formalaşmasında müstəsna hüquqi-siyasi məsuliyyət daşıyır. Eyni zamanda slovak generalı Milan Rastislav Ştefanikin adının Qarabağda əbədiləşdirilməsi və birbaşa hava nəqliyyatı sazişlərinin realizasiyası, humanitar hüquq və xalqlararası sivil dialoq müstəvisində dövlətlərin qarşılıqlı etimad mühitini dərinləşdirərək, Avrasiya məkanında praqmatik, birtərəfli asılılıqdan uzaq və bərabərhüquqlu tərəfdaşlıq modelinin beynəlxalq presedentini formalaşdırır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər