İran Hörmüz boğazı üzərində suverenliyini bərqərar etməyə çalışır
İran rəhbərliyi mövcud hüquqi normalar çərçivəsində Hörmüz boğazı üzərində öz ölkəsinin suverenliyini təmin etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu iddianı İranın Vitse-prezidenti Məhəmməd Rza Arif irəli sürüb. "Al-Mayadeen" telekanalının yaydığı məlumata görə, rəsmi Tehran hüquqi faktlar və normalar işığında bu su hövzəsi üzərində nəzarəti rəsmiləşdirməyə ümid edir.
Vitse-prezident öz bəyanatında bildirib ki, rəsmi Tehranın Hörmüz boğazına nəzarət etməsi tamamilə təbii bir addımdır, eyni dərəcədə digər dövlətlərin də bu dəniz yolundan istifadə hüququ mövcuddur.
Bununla yanaşı, Məhəmməd Rza Arifin sözlərinə görə, hazırda boğaz zonasında baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının regionda öz hökmranlığını qurmaq planlarını reallaşdırması üçün sadəcə bir bəhanə rolunu oynayır.