Menyu

Deputat: "Şuşa Forumu Azərbaycanın qlobal informasiya məkanında artan rolunun göstəricisidir"

Operativ Media
Deputat: "Şuşa Forumu Azərbaycanın qlobal informasiya məkanında artan rolunun göstəricisidir"

IV Şuşa Qlobal Media Forumu artıq Azərbaycanın təşəbbüsü ilə formalaşmış nüfuzlu beynəlxalq dialoq platformalarından birinə çevrilib. 54 ölkədən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin Şuşada bir araya gəlməsi ilk növbədə Azərbaycanın qlobal informasiya gündəliyində artan rolunun, beynəlxalq etimadının və siyasi çəkisinin göstəricisidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. 

O bildirib ki, xüsusilə nəzərə almaq lazımdır ki, müasir dünyada informasiya artıq yalnız kommunikasiya vasitəsi deyil, ciddi geosiyasi güc alətidir. Bu gün dövlətlərə qarşı təzyiq, ictimai rəyin manipulyasiyası, suveren qərarlara müdaxilə, seçki proseslərinə təsir və münaqişələrin dərinləşdirilməsi çox zaman məhz informasiya platformaları üzərindən həyata keçirilir. Dezinformasiya və saxta narrativlər bəzi hallarda siyasi təzyiq və hibrid müharibə alətinə çevrilir:

“Bu baxımdan, Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması son dərəcə aktualdır. Çünki bu gün dünyada yalnız ərazilər və resurslar uğrunda deyil, eyni zamanda həqiqət, informasiya və ictimai şüur uğrunda mübarizə gedir.

Forumun məhz Şuşada keçirilməsi isə çox mühüm siyasi mesajdır. Şuşa Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzidir. Uzun illər Azərbaycan haqqında beynəlxalq informasiya məkanında formalaşdırılan birtərəfli və qərəzli narrativlər reallıqları təhrif etməyə çalışırdı. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regionda yeni siyasi reallıq yaradıb və bu gün qarşıdurma deyil, sülh, əməkdaşlıq, kommunikasiya və inkişaf gündəliyi irəli sürür.

Bu mənada dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin Şuşaya gəlməsi həm də həqiqətin yerində görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq media təmsilçiləri işğalın nəticələrini, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını və Azərbaycanın region üçün təklif etdiyi sülh gündəliyini birbaşa müşahidə etmək imkanı əldə edirlər.

Hesab edirəm ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın artıq yalnız regional proseslərə reaksiya verən deyil, beynəlxalq gündəliyin formalaşmasına töhfə verən dövlət olduğunu nümayiş etdirir. Azərbaycan COP29, WUF13, Bakı Qlobal Forumu və digər beynəlxalq platformalar vasitəsilə qlobal çağırışların müzakirəsinə mühüm töhfələr verib. Şuşa Qlobal Media Forumu da bu siyasi xəttin davamıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər