"Araz-Naxçıvan" qvineyalı hücumçu transfer etdi
Yeni mövsüm hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.
Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib. Futbolçunun həm da Fransa vətəndaşlığı var.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.