Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Operativ Media
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb.
Operativ Media xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verdi.
Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma