Alleqri "Yuventus"dan ayrılacaq
Əziz Əzizli
56 yaşlı italiyalı Massimiliano Alleqri Turin "Yuventus"unun baş məşqçisi postunu tərk edəcək.
"Operativ Media" xəbər verir ki, vu haqda "Tuttosport" saytı məlumat yayıb.
“Yuventus” hələ də onun rəhbərliyi altında üç oyun keçirəcək. O, İtaliya kubokunun finalında "Atalanta", İtaliya çempionatının son iki turunda "Bolonya" və "Monza" ilə mübarizə aparacaq.
İtaliya çempionatının əvvəlki 15 oyununda “Yuventus” cəmi 2 qələbə qazanıb. Komanda dördüncü yerdə qərarlaşıb və Çempionlar Liqasına vəsiqəni təmin edib.
Alleqri 2014-2019-cu illərdə də "Yuventus"a rəhbərlik edib və 5 dəfə İtaliya çempionu titulunu qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net