Şahruddin 6 qol buraxdı, komandası məğlub oldu
Əziz Əzizli
Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" doğma meydanda "Qaziantep" klubunu qonaq edib.
Şahruddin Məhəmmədəliyevin 90 dəqiqə oynadığı oyunda komandası biabırçı hesabla məğlub olub. Azərbaycanlı qapıçı qapısında 6 top görüb. Adana təmsilçisi 1-6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Adana Dəmirspor" 44 xalla turnir cədvəlinin 11-ci sırasında qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net