Ana səhifə / İdman / "Qəbələ" "Sabah"ı məğlub etdi "Qəbələ" "Sabah"ı məğlub etdi 12.05.2024, 18:59 Əziz Əzizli Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq. "Operativ Media" xəbər verir ki, sonuncu oyun gününün ilk oyunu Qəbələdə baş tutub. Burada “Qəbələ” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq. Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib. Azərbaycan Premyer Liqası 34-cü tur 12 may “Qəbələ” – “Sabah” 2:0 Qollar: Əyyub Allaş, 33. Klesio Bauk, 45+1. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov. Qəbələ şəhər stadionu, 17:00 Teqlər: "\"Q\u0259b\u0259l\u0259\" \"Sabah\"\u0131 m\u0259\u011flub etdi"
02.03.2026, 10:35 Kir Starmer: "İran PUA-larına qarşı körfəz ölkələrinə ukraynalı ekspertlər kömək edəcək"