Mahir Emreli Xorvatiya çempionu oldu
Əziz Əzizli
Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, bu, Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" olub.
Zaqreb təmsilçisi 34-cü turda "Osiyek"ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki "Riyeka"nı 7 xal qabaqlayıb. Bununla da "Dinamo" çempionluğu rəsmiləşdirib. Mahir Emreli "Osiyek"lə matçda sona kimi ehtiyatda qalıb.
Qeyd edək ki, Mahir 2022-ci ilin fevra ayından "Dinamo"nun futbolçusudur. O, bu ilin yanvarında ciddi zədə alıb və həmin vaxtdan meydana çıxmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net