Ana səhifə / İdman / Azərbaycan PL: "Qəbələ" "Sabah"a, "Sumqayıt" "Səbail"ə qarşı Azərbaycan PL: "Qəbələ" "Sabah"a, "Sumqayıt" "Səbail"ə qarşı 12.05.2024, 11:52 Əziz Əzizli Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. "Operativ Media" xəbər verir ki, son gündə 2 oyun baş tutacaq. “Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gələcək. Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq. Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib. Azərbaycan Premyer Liqası 34-cü tur 12 may “Qəbələ” – “Sabah” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov. Qəbələ şəhər stadionu, 17:00. “Sumqayıt” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30. Teqlər: "Az\u0259rbaycan PL: \"Q\u0259b\u0259l\u0259\" \"Sabah\"a \"Sumqay\u0131t\" \"S\u0259bail\"\u0259 qar\u015f\u0131"
02.03.2026, 10:35 Kir Starmer: "İran PUA-larına qarşı körfəz ölkələrinə ukraynalı ekspertlər kömək edəcək"