Menyu

ÇL: "Real Madrid" finala yüksəldi

Əziz Əzizli
ÇL: "Real Madrid" finala yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Real” doğma meydanda Almaniyanın “Bayern” komandasını qəbul edib.

Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma son dəqiqələrdə dubl edən Xoselu İspaniya komandasını finala daşıyıb.

Xatırladaq ki, Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

“Real” finalda Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə rəqib olub.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

8 may

“Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1

Qollar: Xoselu, 88; 90+1 – Alfonso Deyvis, 68.

Baş hakim: Şimon Marçinyak (Polşa).

Madrid. “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 2:2.

Teqlər:

"\u00c7L: \"Real Madrid\" finala y\u00fcks\u0259ldi"

Əlaqəli Xəbərlər