BMT 25 may tarixini “Ümumdünya Futbol Günü” elan edib
Əziz Əzizli
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası qəbul etdiyi qətnamə layihəsi ilə mayın 25-nin “Ümumdünya Futbol Günü” kimi qeyd ediləcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.160-dan çox ölkənin sponsorluğu ilə Baş Assambleyaya təqdim edilən və 25 may tarixinin “Ümumdünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib.
Futbola həsr olunmuş bu günün müəyyən edilməsində 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı bütün regionların təmsil olunduğu tarixdə ilk beynəlxalq futbol turnirinin 100 illiyinin 25 may 2024-cü ilə təsadüf edilməsi əsas götürülüb.
Teqlər:
"BMT 25 may tarixini \u201c\u00dcmumd\u00fcnya Futbol G\u00fcn\u00fc\u201d elan edib"