Azərbaycan parataekvondoçuları AÇ-də iştirak edəcəklər
Əziz Əzizli
Azərbaycanın parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.