Almaniyada futbol matçında iğtişaş baş verib, 155 polis xəsarət alıb
Futbol üzrə Almaniyanın Regionla Liqasında Berlin təmsilçisi “Dinamo” ilə Kottbusun “Energie” komandaları arasında keçirilə görüşdə iğtişaş baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə RBB məlumat yayıb.
Məlumatda hadisə zamanı 74 nəfərin saxlanıldığı, 155 polisin isə xəsarət aldığı bildirilib.
Onlardan əksəriyyəti iğtişaşçılara qarşı istifadə edilən gözyaşardıcı qazdan zəhərlənib.
İğtişaşlara səbəb hər iki komandanın azarkeşlərinin aqressiv davranışı olub.
Matçda təxminən 20 dəqiqə yubanma olub.
Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net