Menyu

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

Əziz Əzizli
Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.

"Operativ Media" xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

Teqlər:

"G\u00fcl\u0259\u015f \u00fczr\u0259 U-23 Avropa \u00e7empionat\u0131 Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər