Menyu

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Əziz Əzizli
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək.

"Operativ Media" xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq.

Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.

Azərbaycanı Avropa Kubokunda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası, fərdi yarışda isə Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcəklər

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər