Ana səhifə / İdman / AL: "Bayer" səfərdən qələbə ilə qayıdır AL: "Bayer" səfərdən qələbə ilə qayıdır 03.05.2024, 06:29 Əziz Əzizli Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. "Operativ Media" xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib. “Roma” İtaliyada Almaniya çempionu “Bayer”i sınağa çəkib. Leverkuzen təmsilçisi səfərdə inamlı qələbə qazanmaqla finala doğru inamlı addım atıb. Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib. Cavab matçları mayın 9-da keçiriləcək. Avropa Liqası Yarımfinalın ilk oyunları 2 may “Roma” (İtaliya) – “Bayer” (Almaniya) 0:2 Qollar: Virts, 28. Andrix, 73. Roma Olimpiya stadionu “Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya) 1:1 Qollar: Mbemba, 20 – Skamakka, 11. “Velodrom” stadionu Teqlər: "AL: \"Bayer\" s\u0259f\u0259rd\u0259n q\u0259l\u0259b\u0259 il\u0259 qay\u0131d\u0131r"