Qurban Qurbanov məşqçilərin yenilənmiş reytinq siyahısında irəliləyib
Əziz Əzizli
Dünyanın ən yaxşı baş məşqçilərinin yenilənmiş reytinqi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.
O, reytinqində 134-cü yerə yüksəlib. 1671 xala malik "Qarabağ"ın baş məşqçisi 4 pillə irəliləyib.
52 yaşlı mütəxəssis Markus Qisdol (“Samsunspor”, Türkiyə), Davide Ballardini (“Sassuolo”, İtaliya), Pelleqrino Mataratso (“Hoffenhaym”, Almaniya) və Yess Torupu (“Auqsburq”, Almaniya) geridə qoyub.
Azərbaycan Premyer Liqası klublarından "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç də reytinqdə yer alıb. Monteneqrolu 1616 xalla 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, 2230 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola reytinqə başçılıq edir