"Bavariya"nın 29 yaşlı alman sağ cinah müdafiəçisi Coşua Kimmix Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la ilk oyununda 2:2 hesablı heç-heçədən sonra Madriddə qələbə qazanacaqlarına ümid etdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, Kimmix bunu klubun rəsmi saytına açıqlayıb.
“Düşünürəm ki, biz daha yaxşı oynadıq və qol vurmaq üçün daha aydın şanslarımız oldu. Təbii ki, rəqibin penaltidən hesabı bərabərləşdirməsi təəssüf doğurur. Amma gördük ki, mübarizə apara, oyuna nəzarət edə, qol anları yarada bilərik. Hələ heç nə bitməyib”.
Qeyd edək ki, cavab qarşılaşması mayın 7-də Madriddə baş tutacaq.