ÇL: "Bavariya" - "Real" matçının ən yaxşı oyunçusu bəlli oldu
Əziz Əzizli
Çempionlar Liqasının 1/2 final mərhələsi çərçivəsində keçirilən "Bavariya" - "Real Madrid" qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib.
"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kral komandasının hücumçusu Vinisius Junior Çempionlar Liqasının yarımfinalında “Bavariya” və “Real Madrid” arasında keçirilən oyunun ən yaxşı oyunçusu seçilib. Braziliyalı futbolçu “Bavariya”nın qapısına iki qol vurub.