Bəxtiyar Həsənalizadənin çıxış etdiyi klubun prezidenti məhkəməyə çıxarılır - 5 futbolçu dindiriləcək
Əziz Əzizli
Tuzlaspor klubunun prezidenti Mehmet Berzan İlhanlıya qarşı "çirkli pulların yuyulması" və "qanunsuz mərc oynama" iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 5 futbolçu şahid qismində ifadə verməyə çağırılıb.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğu "Tuzlaspor"un prezidenti Mehmet Berzan İlhanlını "əmlak dəyərlərini yumaqda", "Futbol və digər idman yarışlarında mərc oyunları və şans oyunlarının təşkili haqqında" qanunu pozmaqda, "qanuni əmlak dəyərlərinin mənbəyini gizlətməkdə" və "mülk dəyərlərinin qanunsuz dövriyyəsi" yaratmaqda ittiham edib.
Qeyd edək ki, cinayətlərlə bağlı istintaq davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma