Menyu

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

Əziz Əzizli
Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Operativ Media" ali şahmat qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.

Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.

İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər