Azərbaycan şahmatçısına kubok təqdim edilib
Əziz Əzizli
Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
"Operativ Media" xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net