Menyu

Azərbaycanlı hakim Yunanıstan çempionatına təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı hakim Yunanıstan çempionatına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

"Operativ Media" yerli “Yellowradio.gr” saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq “Panatinaikos” – “Aris” matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir

Teqlər:

"Az\u0259rbaycanl\u0131 hakim Yunan\u0131stan \u00e7empionat\u0131na t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər